Qarabağa ilk yük qatarı yola düşdü
Tarix: 15-10-2021 | Saat: 17:00
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1533 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-10-2021 | Saat: 17:00
Bölmə:Karusel / Qarabağ | çapa göndər
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti - "ADY Konteyner” MMC ilk dəfə olaraq TURKUAZ layihəsi çərçivəsində ölkənin işğaldan azad olunmuş ərazilərinə - Şərqi Zəngəzur İqtisadi Zonasına Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə konteyner daşıması həyata keçirir.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata əsasən, qatarla payızlıq əkin üçün toxumluq buğda gətirilir.
28 konteynerdən ibarət ilk blok qatar Türkiyənin Tekirdağ bölgəsindən (İstanbul) yola salınıb. Konteynerlər 40 futluqdur. Qatar ölkəmizin ərazinə çatdıqdan sonra dəmir yolu nəqliyyatı vasitəsilə müəyyən olunmuş stansiyaya qədər gətiriləcək. Daha sonra konteynerlər avtomaşınlara aşırılaraq işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına çatdırılacaq.
TURKUAZ layihəsi - “ADY Konteyner” in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsuldur.
Xəbəri paylaş
Digər xəbərlər
25-02-2021, 17:11
Azərbaycanda son sutkada 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
16-06-2022, 15:11
Britaniya Patriarx Kirillə sanksiya tətbiq edib
14-07-2021, 17:51
Prokuror ermənilər tərəfdən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş xarici vətəndaşa cəza istəyib
24-10-2026, 15:24
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
27-02-2025, 19:39
“Azəriqaz”-dan 1600 manat cərimələnən qazi ilə bağlı AÇIQLAMA
21-06-2026, 14:17
Bakıda kilsədə Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib
26-08-2021, 09:57
Şuşanın daha bir qrup sakini 29 il sonra doğma yurduna səfər edir














