Saytımızı qiymətləndirin


 
 

3-cü doza vaksin əhalinin digər kontingentinə də vurulacaq
Tarix: 12-10-2021 | Saat: 16:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Saxta vaksin məsələsilə bağlı hərtərəfli mübarizə getməlidir”. 

Qarabaginfo.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

 

V.Qasımov buna yol verən tibb işçilərinə təəssüfləndiyini bildirib:

 

“Təəssüflər olsun ki, tibb işçiləri arasında da belə şəxslər var. Eyni zamanda tibb işçilərini də buna vadar edənlər var. Bu da bizim əhalimizdir. İşimizi ikitərəfli aparmalıyıq. Həm tibb işçilərinin məsuliyyətini artırmalıyıq, həm də əhalidən də xahiş edirik ki, bu yola getməsin. Peyvənd əhalinin sağlamlığı naminə lazımdır”.

 

Nazir müavini eyni zamanda deyib ki, 3-cü doza(buster) vaksin vurdurulmalıdır:

“3-cü doza gücləndirici peyvənddir. Əlbəttə ki, onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb. Onu vurdurandan sonra immunitet xeyli artır.

 

Bu səbəbdən də tövsiyə etmişik ki, ilk növbədə 60 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar 3-cü dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.



Xəbəri paylaş

286 dəfə oxunub.

Digər xəbərlər