Saytımızı qiymətləndirin


 
 

Hadrut erməniləri Fransaya KÖÇMƏK İSTƏYİR
Tarix: 06-10-2021 | Saat: 13:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan paytaxtında Hadrut erməniləri növbəri etiraz aksiyası keçiriblər.

 

Qarabaginfo.az xəbər verir ki, Yerevanda hökuməti binası önünə toplaşan sakinlər hökumətin onları ev və işlə təmin etməsi barədə 45 gün əvvəl yazdıqları kollektiv məktuba cavab verməməsindən gileyləniblər.

“Bu günə qədər cavab almamışıq. Hökumətdən niyə bizə gələcək planları və taleyimiz barədə açıqlama vermədiyini soruşmaq istəyirik”- deyə etirazçılardan biri söyləyib.

 

Bundan əvvəl, baş nazirin müavini Mqer Qriqoryanla görüşdüklərini deyən Hadrut erməniləri əldə olunmuş razılaşmalara əməl olunmamasından və qışın gəlişi fonunda evsiz qalmalarından şikayət ediblər.

 

Sakinlər Fransa səfirliyinə də məktubla müraciət etdiklərini açıqlayıb. Hadrut erməniləri siyasi sığınacaq verilməsi halında Fransaya köçməyə hazır olduqlarını söyləyiblər. Etirazçılar Fransaya 10 minə qədər sakinin köçməyə hazır olduğunu əlavə edib.

 

Xatırladaq ki, Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad olunub.

//Modern.az



Xəbəri paylaş

415 dəfə oxunub.

Digər xəbərlər