Saytımızı qiymətləndirin


 
 

“YAŞAT” daha 4 qazini müalicə üçün Türkiyəyə göndərib
Tarix: 05-10-2021 | Saat: 11:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

“YAŞAT” daha 4 qazini müalicə üçün Türkiyəyə göndərib

Ağır yaralanan daha 4 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan Qarabaginfo.az-a verilən məlumata görə, Əkbərov Xəyal Hüseyn oğlu, Məmmədov Azər Arif oğlu, Əliyev Kamran Yasir oğlu və Duniyev Kamil Əlibala oğlunun müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. Fond qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 136 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 90-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.



Xəbəri paylaş

227 dəfə oxunub.

Digər xəbərlər