Saytımızı qiymətləndirin


 
 

Nazir: “Ermənistan tərəfdən konstruktiv addımlar görmürük, kommunikasiyaların açılması ləngiyir”
Tarix: 30-09-2021 | Saat: 14:03
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşdü » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Bildiyiniz kimi, əks-həmlə əməliyyatının başlanmasından bir il ötür. Bu əməliyyat nəticəsində Azərbaycanın 30 ilə yaxın müddətdə işğalda olan torpaqları azad olunub”.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüquqa uyğun şəkildə torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa edib.

 

Nazir deyib ki, Azərbaycan üçtərəfli bəyanatların icrası ilə məşğuldur: “Bəzi istiqamətlərdə hələ də açıq qalan məsələlər var, bu barədə çexiyalı həmkarımı məlumatlandırdım. Azərbaycanın şərtlərə əməl etməsinə baxmayaraq, biz Ermənistan tərəfindən konstruktiv addımlar görmürük. 8 ay ərzində Ermənistan tərəfindən mina xəritələrinin təqdim olunmaması, aşağı keyfiyyətli və az sayda xəritələrin təqdim olunması faktını qeyd etdim”.

 

XİN rəhbəri onu da diqqətə çatdırıb ki, Ermənistanın mina xəritələrini verməməsi nəticəsində çox sayda Azərbaycan vətəndaşları minaya düşərək həlak olub, mina xəritələrinin verilməməsi həm də azad edilmiş ərazilərdə yenidənqurma prosesini ləngidir: “Üçtərəfli bəyanata əsasən, regionda kommunikasiyaların açılması nəzərdə tutulmuşdu, amma burda da ləngimələr var. Sərhəddə gərginlik var. 30 il ərzində delimitasiya və demarkasiya reallaşmayıb, bunun da əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu məsələ normal və sivil qaydada həll olunmalı, delimitasiya prosesi həyata keçirməlidir. Azərbaycan bu istiqamətdə konstruktiv olub, amma Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarını, bəhanələrini görürük. Ermənistan öz seçimini etməlidir: qonşulara qarşı ərazi iddiaları, yoxsa konstruktiv əməkdaşlıq? Azərbaycan beynəlxalq hüquq prizmasından çıxış edir. Stabil və inkişafa yönəlmiş mühit üçün bu yanaşmanın alternativi yoxdur. Ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməlidir”.



Xəbəri paylaş

314 dəfə oxunub.

Digər xəbərlər