Saytımızı qiymətləndirin


 
 

Erməniyə saxta pasport verməkdə günahlandırılan şəxsə AMEA-da kim və niyə vəzifə verib? – ŞOK İDDİA
Tarix: 29-09-2021 | Saat: 11:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Erməniyə saxta pasport verməkdə günahlandırılan şəxsə AMEA-da kim və niyə vəzifə verib? – ŞOK İDDİAemail sharing button

2005-2009-cu illərdə AMEA-nın Memarlıq və İncəsənət institutunun xətti ilə bütün Azərbaycanı qarış-qarış gəzərək memarlıq abidələrini tədqiq edən, “Tovuz Memarlığı” kitabını çap etdirən, pedaqoji elmlər namizədi, baş elmi işçi Sabir Tağıyev özünə qarşı edilən haqsızlıqlardan narazıdır.

Qarabaginfo.az xəbər verir ki, konkret.az-a açıqlama verən Sabir Tağıyev bildirib ki, 2009-cu ildən rəsmi olaraq AMEA-nın Memarlıq və İncəsənət institutunda iki akademikin tövsiyyəsinə uyğun olaraq işə başlayıb. Alimin dediyinə görə, ona Qərb rayonlarının memarlıq abidələrinin tədqiq edilməsi işi  tapşırılıb. Bu işin məsuliyyətini dərk edən müsahibim deyir ki, həmin rayonları bir-bir gəzərək, incəliyinə qədər memarlıq abidələrini araşdırıb: “Araşdırmalar nəticəsində müşahidə etdim ki, 5 rayonda (Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy) cəmi 353 yaşayış məntəqəsi mövcuddur. Gülünc haldır ki, 2001-ci ilin siyahısına əsasən bu 353 yaşayış məntəqəsində  cəmi 383 abidə qeydə alınıb. Mən isə həmin ərazilərdə qeydə alınmayan 6312 abidəni müəyyənləşdirdim. Bütün bu araşdırmalarıma görə, bir çox beynəlxalq orden və medalarla, o cümlədən fəxri fərmanlarla təltif edildim. Lakin 2016-cı ildə qəfildən institut rəhbərliyinin mənə qarşı münasibəti dəyişdi. Bunun səbəbi isə 2011-ci ildə Şəmkirdə apardığım tədqiqat zamanı rastlaşdığım mənzərə oldu. Belə ki, mənbələrdən birini açarkən orada Gəncə-Tiflis və Tovuzda xristianlığı qəbul edən türklərin erməniləşdiyi haqda yazı oxudum və dəhşətə gəldim. Həmin adam o vaxtı Akademiyanın vitse-prezidenti idi (red- Nailə Vəlixanlı) və akademik titulu daşıyırdı. Bu adama qarşı çıxdım, istinad etdiyi mənbəni tapdım və olduğu kimi köçürüldüyünü gördüm. Lakin mən əsas mənbəni tapmaq üçün 2012-ci ildə Macarıstana getdim və həmin kitabın Rus, İngilis və Yunan dilində olan variantlarını tapdım. Bu kitabları Azərbaycana gətirdim. Həmin vaxt baş nazirin müavini Yaqub Eyyubov AMEA-nın rəhbər və işçi heyəti ilə görüşərkən, mən orada söz alaraq həmin akademiki ( red- Nailə Vəlixanlı – 2007-ci il aprel ayında AMEA-nın  vitse prezidenti seçilmişdir.) ifşa etdim. Ona yazdığı kitabda yanlışlığa yol verdiyini bildirdim. Bundan sonra mənə qarşı mənfi rəylər yazılmağa başlandı”.

Sabir Tağıyev bildirib ki, 2014-cü ildə Attestasiya keçirilib və onun işə uyğun olmadığı bildirilib: “Halbuki mən xeyli əsər və beynəlxalq konfransların materialları ilə getmişdim. Direktor Ərtegin Salamzadənin xanımı Rəna Abdullayeva  bütün bunların üzərindən xətt çəkdi. Sonra məhkəməyə müraciət etmək istəyəndə pozduqları qərarı düzəldərək məni Memarlıq və İncəsənət institutundakı işimdə saxladılar. Bununla bağlı dəfələrlə AMEA-nın keçmiş prezidenti Akif Əlizadəyə müraciət etdim. Lakin hamısına göz yumdu. Mən onda alimlik görməmişəm. Sadəcə kimlərinsə tapşırığını yerinə yetirib. Bu formada mənə qarşı başlanan hücumlar, 2017-ci ildə işimi itirməyimlə nəticələndi. Məhkəməyə müraciət etsəm də,  Ərtegin Salamzadənin bacanağı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə görə, iddiamı təmin etmədilər. Nə Yasamal rayon, nə Appelyasiya, nə də Ali məhkəməsi mənim iddiamı təmin etmədi. Sonuncu dəfə deputat Şahin Seyidzadəyə müraciət etdim. O da AMEA Prezidenti Ramiz Mehdiyevə rəsmi müraciət ünvanladı. Lakin Ramiz Mehdiyev məhkəmə qərarı olduğunu əsas gətirərək məni işə bərpa etmədi”.

AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru məhkəməyə verildi » Miq.AZ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanıMüsahibim AMEA-dakı qanunsuzluqlardan da danışıb. O erməniyə saxta pasport verməkdə təqsirləndirilən Rasim Miziyevin daxili işlər nazirinin xüsusi əmri ilə işdən çıxarılmasına baxmayaraq, AMEA-da kadrlar şöbəsinə müdir təyin olunmasından söz açıb: “O vaxt sözügedən problemlə bağlı məsələ qaldırdım və Rasim Miziyevi işdən azad etdilər. Lakin Ramiz Mehdiyev Akademiyaya gələn kimi onu işinə bərpa etdi. Bizim Akademiya bu formada işləyir. Rasim Miziyevin əli ilə öndə gedən yüzlərlə alimin başına olmazın müsibətlər gətiriblər. Bu cür addımlar atmaqla biz hara gedirik?”.

Sonda Sabir Tağıyev heç kəsin ağlına gəlməyən 3 maddə ilə Prezidentə müraciət etdiyini deyib: “Birinci, bizim ölkədə “Milli Qəhrəman” statusu var. Lakin bu statusu Prezidentə təqdim etmək olmaz. Ölkə başçısına “Fəxri Milli Qəhrəman” statusu verilməlidir.  Bu, Qanunverici orqan tərəfindən təsdiqlənməli və ilk olaraq Prezidentə təqdim edilməlidir. İkincisi, ümumxalq termini olan “Ümummilli Lider” ifadəsini dövlət səviyyəsində Qanunverici orqan təsdiq etməlidir. Belə bir təklif etmişəm ki, bu termin dövlət səviyyəsində qəbul olunsun. Eyni zamanda torpaqlarımızı işğaldan azad edərək atasının arzularını gerçəkləşdirən Prezident İlham Əliyevə “Fəxri Ümummilli Lider” statusu verilsin. Üçüncüsü isə 44 günlük müharibədə dünyanın nəhəng dövlətlərini mat edərək qələbə çalan ölkənin Prezidentinə mütləq generalisimus hərbi rütbəsi verilməlidir. Bununla bağlı Milli Məclisə və ölkə başçısına müraciət etmişəm”.

P.S. Məsələ ilə bağlı qarşı tərəfin və yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!

 



Xəbəri paylaş

1289 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır