Saytımızı qiymətləndirin


 
 

Baş Prokurorluq Əli Əliyevə xəbərdarlıq edib
Tarix: 22-09-2021 | Saat: 16:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

 Baş Prokurorluğun əlaqə vasitələri

Baş Prokurorluq Əli Əliyevə xəbərdarlıq edib.

Bu barədə Qarabaginfo.az Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan araşdırmalarla paytaxtın Yasamal rayon sakini Əli Əliyevin yutub sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar Əli Əliyev 22.09.2021-ci il tarixdə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.



Xəbəri paylaş

1310 dəfə oxunub.

Digər xəbərlər
28-03-2021, 20:52 ABŞ Rusiyanı təhdid etdi
14-12-2021, 17:03 Peyvənd olunanların SAYI