Saytımızı qiymətləndirin


 
 

Dövlət yox, şərəf yox, ideallar məhv oldu... - Aşotyan
Tarix: 22-09-2021 | Saat: 07:42
Bölmə:Karusel / Region | çapa göndər

Dövlət yox, şərəf yox, ideallar məhv oldu… – Aşotyan
Təbrik etmək heç cür alınmır. Nəyi təbrik edək? Bizim dövlətimiz yoxdur, müstəqilliyimiz yoxdur, şərəfimiz yoxdur, “artsax” yoxdur, 5 min insan yoxdur. Əsir düşənlər də yoxdur. Ölənlərin meyitləri də yoxdur.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ermənistan Respublika Partiyasının sədri, keçmiş prezident Serj Sərkisyanın müavini Armen Aşotyan ölkənin 30-cu ildönümü ilə bağlı yazıb.

“Bizim yalnız ağrımız var – itirilmiş ləyaqət!

Məhv olmuş ideal və 3 “artsax” müharibəsində tökülən qan var.

Müstəqilik – Yeni il deyil ki, səndən asılı olmadan gəlir və onu qeyd edib-etməmək də səndən asılı deyil.

Bu gün müstəqillik günü deyil, bu gün müstəqilliyi anma günüdür”, Aşotyan qeyd edib.



Xəbəri paylaş

1320 dəfə oxunub.

Digər xəbərlər