Məşhur rus general azərbaycanlıları TƏHQİR ETDİ
Tarix: 21-09-2021 | Saat: 13:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
896 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-09-2021 | Saat: 13:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qatı ermənipərəst və qaragüruh mövqeyi ilə seçilən rusiyalı general Mixail Moiseyev növbəti dəfə sərsəm fikirlər səsləndirib.
Qarabaginfo.az Milli.az-a istinadən xəbər verir ki, Ermənistanda faşist əlaltısı Qaregin Njdeyə abidə qoyulan zaman susan bu üzdəniraq hərbçi azərbaycanlıların ünvanına tənqid və təhqir səsləndirib.
İddia edib ki, Qarabağda vaxtilə faşistlərə qarşı döyüşən sovet marşalı Sergey Xudyakovun (Armenak Artemoviç Xanferyants) abidəsi "vandalcasına dağıdılıb". Halbuki həmin abidə 44 günlük müharibə zamanı elə ermənilərin özləri tərəfindən də dağıdıla bilər. Ümumiyyətlə, hələ bu faktın özü də təsdiqini tapmayıb. General "ümid edirik ki, Azərbaycan rəhbərliyi və ictimai təşkilatları bu cür iyrənc və vəhşi təzahürlərə və hər bir vətəndaş, vətənpərvər üçün əziz olan ən müqəddəs şeyə əl qaldıranlara lazımi qiymət verəcək" deyib.
Maraqlıdır, bu üzdəniraq general niyə vaxtilə işğal altında olan Azərbaycan torpaqlarında dağıdılan abidələr, Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların heykəlləri vandalcasına dağıdılanda susurdu? Çox güman ki, erməni ağalarından aldığı pulun təsirindən bunu etməyə cürəti çatmayıb. Qeyd etdiyimiz kimi, İrəvanın mərkəzində faşistlərə əməkdaşlığı tarixi faktlarla sübuta yetirilən Njdenin az qala 20 metrə çatan abidəsi ucaldılıb. Abidənin qoyulmasından isə 6 ilə yaxın vaxt keçir.
Düzdür, bir neçə il əvvəl Rusiyanın müxtəlif dairələrində Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına qarşı çıxışlar oldu. Lakin 44 günlük müharibəyə qədər. Müharibədən sonra Rusiya rəsmiləri bu abidə barəsində bir kəlmə olsun belə danışmaq istəmirlər. İndi isə Rusiyanın qaragüruhçu bir hərbçisi faktları araşdırmadan, abidənin hansı şəraitdə dağıdılmasına toxunmadan belə bir cəfəng təhqir və tənqidlər səsləndirir.
Xəbəri paylaş
Digər xəbərlər
17-01-2022, 22:17
Ombudsman Şamaxıda sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb - FOTO
11-09-2020, 12:57
Almaniya Rusiya ilə strateji layihəni dayandıra bilər - Navalnıya görə
5-03-2024, 09:58
Paşinyan Misirə rəsmi səfərə gedib
20-11-2025, 08:55
Kit Kelloq vəzifəsini tərk edə bilər
9-09-2021, 19:53
Bu deputatların YAP-ın rayon təşkilatlarının sədri vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir
31-08-2020, 14:40
“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub
28-07-2023, 10:12
“Paşinyan bəyanatı ilə Qarabağla bağlı ümidləri dəfn etdi” –İsrail xüsusi xidmət orqanının keçmiş rəhbəri
10-03-2025, 10:17
Bakıda dumanla bağlı bəzi yollarda görünüş məsafəsi azalıb - FOTO
19-03-2022, 09:13
Putinin səsini kim kəsdi?
2-05-2024, 16:37
Makron hansı halda Kiyevə qoşun göndəriləcəyini açıqlayıb

















