Saytımızı qiymətləndirin


 
 

Laçın rayonunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimi davam edir
Tarix: 09-09-2021 | Saat: 10:48
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Laçında Azərbaycan-Türkiyə birgə təlimi davam edir (VİDEO)

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.

Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər