Qarabaginfo.az xəbər verir ki, aksiyaya səbəb şəhidlər xiyabanında şəhid məzarları üzərindən əklil və dövlət bayraqlarımızın götürülərək zibilliyə atılması olub.
İcra başçısı şəhid valideynləri ilə görüşsə də, bu qərarı verən şəxs - icra başçısının müavini Etibar Yusifov onların qarşısına çıxmayıb.
İcra başçısı Eyvaz Qurbanov şəhid ailələrinə məsələnin həllinə dair söz verib.
Şəhid valideynləri isə Etibar Yusifovun vəzifədən azad olunmayana qədər mübarizə aparacaqlarını bildiriblər.
Qeyd edək ki, Oğuz rayon icra başçısının müavini Etibar Yusifov şəhidlərimizə və dövlət bayrağımıza böyük hörmətsizlik edərək, şəhid məzarları üzərindən əklil və bayraqları götüzdürüb, yaxınlıqdakı zibillik əraziyə tullatdırıb.(axar.az)