Saytımızı qiymətləndirin


 
 

Ata oğlunu və özünü öldürməsi ilə bağlı məlumat yayıb
Tarix: 03-09-2021 | Saat: 16:51
Bölmə:Karusel / Kriminal | çapa göndər

Baş Prokurorluq terrorçuluğu maliyyələşdirən şəxsi həbs edib

Prokurorluq Lənkəran rayonunda atanın oğlunun boğazını kəsib, sonra intihar etməsi ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan Qarabaginfo.az-a daxil olan məlumatda deyilir:

"Sentyabrın 3-ü saat 13 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Şaiq Məmmədov qeyd edilən ərazidə bıçaqla oğlu Vahid Məmmədlinin boyun nahiyəsinə xəsarət yetirib onu qəsdən öldürdükdən sonra həmin bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirərək özünü öldürmüşdür.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda istintaq davam edir".



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər