Saytımızı qiymətləndirin


 
 

Paşinyan Qarabağa dair şok fakt açıqladı - “2010-cu ildə...“
Tarix: 24-08-2021 | Saat: 16:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Paşinyan Qarabağa dair şok fakt açıqladı - “2010-cu ildə...“

"Ermənistan rəhbərlərindən heç bir Azərbaycana ərazilərin qaytarılmasının zərurəti və labüdlüyünə etiraz etməyib".

Qarabaginfo.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdəki çıxışı zamanı onu Ermənistana xəyanətdə günahlandıran siyasi rəqiblərinə cavab olaraq bildirib.

“Ermənistan” blokundan olan deputat Tadevos Avetisyanın "müharibədə itirilmiş şəhərlər, kəndlər, uşaq bağçaları və məktəblər" haqqında replikasını cavablandıran Paşinyan millət vəkilindən bu əraziləri sonuncu dəfə nə vaxt ziyarət etdiyini, orada yeni infrastruktur görüb-görmədiyini soruşub.

“Heç kəs torpaqların Azərbaycana verilməsinin zəruriliyinə və qaçılmazlığına etiraz etməyib. Söhbət 44 günlük müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən Qarabağ ətrafındakı "təhlükəsizlik kəməri"nin 7 rayonundan gedir. Bütün sələflərim bu və ya digər şəkildə bu ərazilərin qaytarılmasına razılıq veriblər”, - deyə Paşinyan qeyd edib.

O xatırladıb ki, hələ 2010-cu ildə Ermənistan Milli Məclisi Qarabağ ətrafındakı əraziləri Azərbaycan ərazisi kimi tanıyıb. Buna səs vermiş deputatlar arasında hazırda Paşinyana müxalif olan şəxslər də var.



Xəbəri paylaş

344 dəfə oxunub.

Digər xəbərlər