Saytımızı qiymətləndirin


 
 

WUF13-də Azərbaycanda yaşlı insanların hüquqlarının qorunması istiqamətində işlərdən danışılıb
Tarix: 20-05-2026 | Saat: 15:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

WUF13-də Azərbaycanda yaşlı insanların hüquqlarının qorunması istiqamətində işlərdən danışılıb

Azərbaycan Respublikasının Konstitusiyası, Mənzil Məcəlləsi, sosial müdafiə qanunvericiliyi və dövlət sosial xidmətləri yaşlı insanların hüquqlarının qorunmasının əsas hüquqi bazasını təşkil edir.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Həyat boyu mənzil təminatı – bütün yaşlı insanlar üçün adekvat mənzil" mövzusunda yaşlı insanların hüquqları üzrə dəyirmi masada çıxışında deyib.

Deputat qeyd edib ki, ölkədə pensiya sistemi, sosial xidmət mexanizmləri və evdə sosial xidmətlər vasitəsilə yaşlı insanlara dəstək göstərilir, xüsusilə əlilliyi olan yaşlı şəxslər üçün uyğunlaşdırılmış yaşayış mühiti yaradılır.

O əlavə edib ki, Azərbaycanda yaşlı insanlar üçün sosial xidmət müəssisələri fəaliyyət göstərir, həmçinin hər rayonda fəaliyyət göstərən ağsaqqallar şuraları onların ictimai həyata və yerli qərarvermə proseslərinə cəlb olunmasında mühüm rol oynayır.

Deputat həmçinin yaşlı insanların hüquqlarının yalnız sosial təminat deyil, insan hüquqları məsələsi olduğunu bildirib: “Adekvat mənzil və yaşlı insanların hüquqları sosial ədalət və insan hüquqlarının ayrılmaz hissəsidir”.

O vurğulayıb ki, mövcud çağırışlar fonunda şəhərsalma prinsiplərinin daha geniş tətbiqi, mənzil fondunun uyğunlaşdırılması, aktiv yaşlanmanın təşviqi və yaşlı insanların rəqəmsal bacarıqlarının artırılması xüsusi əhəmiyyət daşıyır.

Deputat çıxışının sonunda qeyd edib ki, yaşlı insanlar yalnız siyasətlərin benefisiarı deyil, eyni zamanda sosial ədalət və insan hüquqlarının ayrılmaz hissəsidir və onların adekvat mənzil təminatı bütün cəmiyyətin birgə məsuliyyətidir.



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər