Tarix: 07-08-2021 | Saat: 12:07
Bölmə:Karusel / Sosial | çapa göndər
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə
Bakıda və Abşeron yarımadasında
Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28° isti, gündüz 37-39°, bəzi yerlərdə 40-41° isti,
Bakıda gecə 26-28° isti, gündüz 38-40° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 60-65 %, gündüz 25-30 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Cənub küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Avqustun 08-də Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.
Gözlənilən hava şəraiti haqqında məlumat
Avqustun 08-09-da əsasən axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. 09-10-da qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Digər xəbərlər