Tarix: 06-08-2021 | Saat: 15:16
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar Studiyası “Sevinən fotolar və ya Çıraqov və başqaları Ermənistana qarşı” adlı sənədli film hazırlayıb.
Qarabaginfo.az xəbər verir ki, filmin süjet xəttini ermənilərin əsrlər boyu xalqımıza, torpaqlarımıza, tarixi, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandalizm aktları təşkil edir.
Filmdə 2005-ci ilin aprelində həmvətənlərimiz Laçın rayonundan məcburi köçkün olan Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılov onlara vurulmuş ziyana görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsindən, 2015-ci il iyunun 16-da "Çıraqov və başqaları Ermənistana qarşı" işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi qərarını elan etməsindən və Ermənistan hökumətinə vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb göndərməsindən bəhs olunur.
Filmin çəkilişləri Laçın rayonunun Kamallı kəndində baş tutub. Həmin kəndin darmadağın edilmiş evlərinə baxanda tamaşaçı erməni vəhşiliyinin, erməni qəddarlığının, erməni alçaqlığının, erməni terrorunun bir daha şahidi olur.
Digər xəbərlər