Tarix: 05-08-2021 | Saat: 17:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya Ermənistan-Azərbaycan sərhədindəki silahlı insidentlərdən narahatdır. Bu insidentlərin hər iki tərəfdən insan itkisi ilə müşayiət olunması xüsusi həyəcan doğurur.
Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN rəsmisi Ermənistan-Azərbaycan sərhədində baş verən bütün məsələlərin istisnasız olaraq sülh və siyasi-diplomatik yolla həll olunmasının vacibliyini vurğulayıb: “Rusiya bundan sonra da Ermənistan-Azərbaycan sərhədində vəziyyətin normallaşması prosesinə, o cümlədən sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı birgə işin başlanmasına öz töhfəsini verməyə hazırdır. Bu, Cənubi Qafqazın stabil regiona çevrilməsinə kömək edəcək”.
Digər xəbərlər