Saytımızı qiymətləndirin


 
 

Vüqar Səfərlinin işi məhkəmə baxışına verildi - YENİLƏNİB
Tarix: 05-08-2021 | Saat: 16:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Qarabaginfo.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.

 

Vəkillər təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirlərinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı vəsatətlə çıxış ediblər.

 

Hakimlər müşavirədən qayıtdıqdan sonra həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətin təmin olunmadığını elan ediblər.

 

Məhkəmə baxışı avqustun 20-nə təyin edilib.



Xəbəri paylaş

275 dəfə oxunub.

Digər xəbərlər
5-10-2021, 12:32 Sabahın hava proqnozu