Tarix: 21-04-2018 | Saat: 12:34
Bölmə:Karusel / Siyasət | çapa göndər
Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovdun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyə Milli Məclisi adından təşəkkür elan edilməsini təklif edib.
O, həmkarlarını Novruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb.
Sonda Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.
Novruz MəmmədovMilli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.
***
12.05
Azərbaycan Milli Məclisində baş nazir postuna namizədlik məsələsinə baxılır.
"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Noruz Məmmədov namizədliyi irəli sürülüb.
N. Məmmədovun namizədliyinin irəli sürüldüyü spiker Oqtay əsədov tərəfindən elan edilib.
Spiker bildirib ki, Prezident İlham əliyev tərəfindən Milli Məclisin bugünkü iclasına layihədən ibarət məktub göndərilib.
Məktubda yeni hökumətə başçılıq etmək üçün Novruz Məmmədovun namizədliyi irəli sürülüb.
Spiker N. Məmmədovun indiyə qədər göstərdiyi xidmətlərini yüksək qiymətləndirib
Digər xəbərlər