Saytımızı qiymətləndirin


 
 

Sanksiya təhlükəsi Rusiya şirkətlərini xarici aktivləri satmağa məcbur edir
Tarix: 15-05-2024 | Saat: 17:34
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Sanksiya təhlükəsi Rusiya şirkətlərini xarici aktivləri satmağa məcbur edir.

Qarabaginfo.az xəbər verir ki, AK&M agentliyinin hesablamalarına görə, 2024-cü ilin birinci rübündə belə əməliyyatların pul ifadəsində həcmi təxminən 7 dəfə artaraq 1,1 milyard dollar təşkil edib.

Müqayisə üçün, bütün 2023-cü il ərzində Rusiya vətəndaşları və hüquqi şəxsləri xaricə ümumi məbləği təxminən 3,5 milyard dollar olan aktivləri satıblar.

2024-cü ilin birinci rübündə xarici aktivlərlə ən böyük əməliyyat qazaxıstanlı investor Kairat Itemgenov tərəfindən “Globaltrans” dəmir yolu daşıyıcısında əsas payın (26,19 faiz) alınması olub.

“Globaltrans” özü Kiprdə qeydiyyatdan keçmişdi, lakin yazda Əbu-Dabiyə köçdü. Əməliyyatın dəyərinin 774,5 milyon dollar olduğu deyilir.



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər