Saytımızı qiymətləndirin


 
 

"Burada bəzi nüanslar var..."
Tarix: 12-07-2021 | Saat: 20:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

Xəbər verildiyi kimi, iyulun 9-u Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden telefon danışıqları aparıblar. Bir saata yaxın davam edən danışıqlar zamanı Rusiya və ABŞ liderləri, Vaşınqtonun fikrincə, Rusiya Federasiyasından yönələn  haker hücumları mövzusunu müzakirə ediblər. Bu barədə təfsilatları öyrənmək üçün jurnalistlər Rusiya liderinin mətbuat katibi Dmitri Peskova müraciət ediblər.

“Burada bəzi nüanslar var. Birinci – həqiqətən kibercinayətlər və haker hücumları mövcuddur. Bizim amerikalı həmsöhbətlərimizin fikrincə, bu hücumlar Rusiya ərazisindən həyata keçirilir. Bu məsələ həqiqətən telefon danışıqları zamanı müzakirə olunub”, - Peskov qeyd edib.

Xatırladaq ki, ABŞ-Rusiya sammiti  iyunun 16-da Cenevrədə  keçirilib. Danışıqların nəticəsindən danışarkən, Putin o zaman qeyd etmişdi ki, tərəflər kibertəhlükəsizlik üzrə məsləhətləşmələr aparacaq. Rusiya liderinin sözlərinə görə, Moskva bundan qabaq da kiberhücumlar barədə ABŞ-ın sorğuları üzrə bütün məlumatı təqdim edib. Lakin əvəzində  Amerika xüsusi orqanlarından heç bir cavab almayıb.

virtualaz.org



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər