Saytımızı qiymətləndirin


 
 

Bu gündən temperatur 4-5 dərəcə aşağı düşəcək
Tarix: 29-06-2021 | Saat: 10:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gündən temperatur 4-5 dərəcə aşağı düşəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Qarabaginfo.az-a açıqlamasında bildirib ki, quru və qızmar hava kütlələrinin cənub şərqdən ölkə ərazisinə daxil olması ilə əlaqədar olaraq hava günəşli və isti keçdi:

“2020-ci ildə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 40.4 dərəcə idisə, artıq 2021-ci ildə 42 dərəcədəyək isti müşahidə edilib.

Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında temperatur 42-44 dərəcəyədək, dağlıq ərazilərdə isə 32 dərəcəyədək yüksəlib. Lakin bir neçə gün davam edən isti hava şəraitindən sonra bu gündən etibarən cənub şərq küləyi mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu artıq ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı enəcək”.



Xəbəri paylaş

256 dəfə oxunub.

Digər xəbərlər