Ana Sayfa > Karusel / Gündəm > Bu gündən temperatur 4-5 dərəcə aşağı düşəcək
Bu gündən temperatur 4-5 dərəcə aşağı düşəcək29-06-2021, 10:12. Yazar: Admin |
Bir neçə gündür ki, ölkə ərazisində anomal istilər müşahidə edilir. Paytaxtda havanın maksimal temperaturu 42 dərəcəyə, rayonlarda isə 44 dərəcəyədək yüksəlib.
“2020-ci ildə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 40.4 dərəcə idisə, artıq 2021-ci ildə 42 dərəcədəyək isti müşahidə edilib. Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında temperatur 42-44 dərəcəyədək, dağlıq ərazilərdə isə 32 dərəcəyədək yüksəlib. Lakin bir neçə gün davam edən isti hava şəraitindən sonra bu gündən etibarən cənub şərq küləyi mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu artıq ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı enəcək”. Geri dön |