Tarix: 06-06-2021 | Saat: 06:35
Bölmə:Karusel / Region | çapa göndər
Türkiyənin daxili işlər naziri, son günlər mafiya lideri Sedat Pekerin yaydığı videoların əsas qəhrəmanı olan Süleyman Soylu Afyonkarahisar bölgəsinə səfəri zamanı yerli bələdiyyə binası qarşısına toplaşanlar qarşısında çıxış edib. Türkiyə KİV-ləri xəbər verir ki, Soylu çıxışında Türkiyənin güclənməsini, ayaqda durmasını istəməyənlər, haqsızlığa qarşı çıxmasını, söz söyləməsini istəməyənlərin keçmişdə oynadıqları oyunları davam etdirərək ölkənin sabitliyini pozmaq üçün əllərindən gələni etdiklərini bildirib. Nazir hesab edir ki, bu oyunları pozmaq üçün birləşmək lazımdır.
“Millətə minnətdarıq. Siz olmasaydınız Suriyada insanlar qətlə yetiriləcəkdi, siz olmasaydınız Şərqi Aralıq dənizində, Liviyada heç bir səs çıxmayacaqdı, siz olmasaydınız ətrafımızdakı coğrafiyada və illərdir sinəmizə sancılmış Qarabağ məsələsi həll edilməyəcəkdi. Sizin 50 qramlıq səsvermə bülleteniniz və demokratik iradəniz olmasaydı birlik və bərabərlik iradəniz olmasaydı, 21-ci əsrdə bu güclü addımları atmamış olsaydıq, bilməyinizi istəyirəm ki, Türkiyənin başına keçmişdə edilən çevrilişləri, 15 iyul hadisələrini yenə gətirəcəkdilər. Biz də əllərimizi yanımıza salıb sakitcə duracaqdıq...”,-Süleyman Soylu toplaşanlar qarşısında çıxışı zamanı belə deyib.
(virtualaz.org)
Digər xəbərlər