Tarix: 04-06-2021 | Saat: 17:10
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin hər yerində mina təhlükəsi mövcuddur”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko media əməkdaşlarının Kəlbəcər rayonunda minaya düşərək həlak olması barədə “Facebook”-da paylaşdığı yazıda bildirib.
“Həmin yolun Ermənistandan gələn təxribat qrupu tərəfindən minalanmış olması da istisna deyil” – deyə ekspert bildirib.
“Peşə vəzifəsini yerinə yetirən həmkarlarımız həlak oldu. Biz rusiyalı jurnalistlər və ekspertlər də bu yaxınlarda Ağdam və Füzuli rayonlarına gedəndə özümüzü təhlükəyə atdıq, amma baş verənlər barədə obyektiv məlumat vermək naminə peşə vəzifəmizi icra etdik. Biz də erməni minalarına düşə bilərdik” – deyən ekspertin fikrincə, Rusiya Jurnalistlər İttifaqı azərbaycanlı həmkarlarının ölümünə dair bəyanat verməli, Ermənistandan minalanmış ərazilərin xəritəsini dərhal Azərbaycana təqdim etməyi və təxribatçılar göndərməyə son qoymağı tələb etməlidir.
“Bu faciə ilə bağlı beynəlxalq jurnalistlər birliklərindən reaksiya gözləyirik. Ümumi tələbimiz minalanmış ərazilərin xəritəsini verməsi üçün Ermənistana siyasi təzyiq göstərməkdir” – deyə İ.Korotçenko əlavə edib.
Digər xəbərlər