Saytımızı qiymətləndirin


 
 

Bakıda 11 yeni tibb mərkəzi yaradıldı - SİYAHI
Tarix: 04-06-2021 | Saat: 13:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə xidmətində bir sıra yeniliklər edib".

 

Qarabaginfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. O bildirib ki, aprelin 1-dən İTSDA tibb müəssisələrində bir sıra struktur dəyişikləri həyata keçirir: "Əsas məqsəd tibbi xidmətin əhali üçün əlçatan olması və keyfiyyətin artırılmasıdır. Səhiyyə sistemində həyata keçirilən islahatlar çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb. Aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 1 saylı Kliniki Tibbi Mərkəzin bazasında Nəsimi, Yasamal və Səbail rayonları üzrə tibb müəssisələrini özündə birləşdirən Kliniki Tibbi Mərkəz yaradılıb. Digər inzibati ərazi vahidləri üzrə isə Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ (Lökbatan), Ələt (Qaradağ), Xətai, Pirallahı və Xəzər tibb mərkəzləri təsis olunub. Qaradağ rayonunun ərazisinin böyüklüyü ilə bağlı və sakinlərin tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədi ilə sözügedən rayon üzrə 2 tibb mərkəzi (Lökbatan, Qaradağ) yaradılıb".

 



Xəbəri paylaş

1453 dəfə oxunub.

Digər xəbərlər