Saytımızı qiymətləndirin


 
 

İran Ermənistanla Azərbaycan arasındakı sərhəd münaqişəsinə müdaxilə etmək qərarına gəldi - KİV
Tarix: 26-05-2021 | Saat: 12:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

Rəsmi Tehran Ermənistan-Azərbaycan sərhəd böhranının həllinə qoşulmaq qərarına gəlib.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb.

Qeyd olunub ki, rəsmi Tehran Ermənistanla Azərbaycan arasında mümkün yeni sərhədlərin İranın mənafelərinə xələl gətirəcəyindən narahatdır, çünki ölkənin şimal sərhədləri boyunca dəyişikliklər baş verəcək.

“Zərifin səfəri bölgədəki vəziyyəti öyrənmək məqsədi daşıyır. Hər hansı bir razılığın əldə olunacağı ehtimalı azdır. Bununla birlikdə, bu gün İran Azərbaycanla Türkiyə arasındakı yaxın hərbi əməkdaşlığı nəzərə alaraq bir qədər ehtiyatlı davranır. Həmçinin rəsmi Bakı ilə Tel-Əviv arasında sıx əməkdaşlıq da Tehranda birmənalı qarşılanmır.

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev mayın 25-də İranın xarici işlər nazirini qəbul edib

 

İran sərhəd tərəfdaşlarının dəyişməsində maraqlı deyil. Burada söhbət “Zəngəzur dəhlizi”ndən gedir. Bu dəhliz İranla Azərbaycan sərhədinin uzanmasına gətirib çıxara bilər. Tərəflər ziddiyyətli açıqlamalar verdikləri üçün Zərif bu məsələləri araşdıracaq. Status-kvonu qorumaq və İranı sərhəd bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirmək üçün vəsait xərcləməyə məcbur edən Ermənistan-Azərbaycan qarşıdurmasının böyüməsindən qaçmaq İran üçün faydalı olar", - deyə qəzetin məqaləsində bildirilib.



Xəbəri paylaş

1319 dəfə oxunub.

Digər xəbərlər