Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda sürücülərin yanacaq xərcləri apreldə 16 aylıq maksimuma çatıb - CƏDVƏL
Tarix: 20-05-2021 | Saat: 11:59
Bölmə:Karusel / Sosial | çapa göndər

 

#Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından (avtomobil benzini və dizel) əldə olunan gəlirlər 736,1 mln. manat təşkil edib.

Qarabaginfo.az xəbər verir ki, "APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,2% artıb. Təkcə aprel ayında istehlakçılar yanacağa 222 mln. manat xərcləyiblər ki, bu da mart ayı ilə müqayisədə 15,9% çoxdur. Bu, 2019-cu ilin dekabr ayından (399 mln. manat) bəri qeydə alınan ən yüksək göstəricidir.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6,1%-i avtomobil yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirlər 2,041 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır.

Əhalinin son on iki ayda yanacaq xərcləri:

Ay

Yanacağa xərclər, mln. manat

Aylıq dinamika

2020-ci il

Aprel

144,7

-15%

May

180,7

24,9%

İyun

180,8

0,1%

İyul

163,8

-9,4%

Avqust

179,1

9,3%

Sentyabr

171,2

-4,4%

Oktyabr

206,5

20,6%

Noyabr

160,4

-22,3%

Dekabr

171,7

7%

2021-ci il

Yanvar

172,1

0,2%

Fevral

150,5

-12,6%

Mart

191,5

27,2%

Aprel

222

15,9%



Xəbəri paylaş

1344 dəfə oxunub.

Digər xəbərlər