Tarix: 17-05-2021 | Saat: 13:37
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Ermənistan-Azərbaycan sərhədinin bəzi yerlərində gərginlik müşahidə olunur”.
Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı deyib.
“Daxili təhlükəsizlik tədbirləri xaricində, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi və Ermənistan-Rusiya strateji sistemi çərçivəsində reaksiya prosedurlarını gücləndirir”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, sərhəddə hərbi-siyasi baxımdan böyük bir dəyişiklik baş verməyib:
“Bu nə deməkdir? Bu o deməkdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mexanizmlərini işləməyə, Ermənistan-Rusiya müttəfiq mexanizmlərini işə salmaq üçün çalışmağa davam etməliyik. Bizim mövqeyimiz aydındır: Azərbaycan hərbçiləri ”Ermənistan Respublikasının ərazisini" tərk etməlidirlər".
Xatırladaq ki, Sünik vilayətinin keçmiş başçısı, “Dirçələn Ermənistan” Partiyasının lideri Vaqe Akobyan Qaragöllə bağlı danışıqların nəticəsi haqda erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, danışıqların nəticəsində Qaragölə bitişik ərazidə bərabər qüvvələrin qalması barədə razılıq əldə edilib.
“Azərbaycanlıların dörd mövqeyi, Ermənistan tərəfinin də dörd mövqeyi olacaq.
Yeri gəlmişkən, bu gün mövcud olan yaxşı və ya pis hər şey və bu razılaşma Rüstəm Muradovun səyləri ilə əldə edildi.
Belə çıxır ki, onlar (Azərbaycan Ordusu – red.) nəinki buradan çıxmadılar, əksinə, onlarda artıq postlar və əsgərlər də olacaq!”
Partiya rəhbəri bu razılaşmanı Ermənistan tarixi üçün “növbəti və biabırçı razılaşma” adlandırıb.
Qeyd edək ki, razılaşma ilə bağlı rəsmi açıqlama yoxdur.
Digər xəbərlər