Tarix: 11-05-2021 | Saat: 15:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissədə olub.
Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, müdafiə naziri bölmələrdə aparılan işlərlə tanış olaraq hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb.
General-polkovnik Z. Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçularla birgə nahar süfrəsi arxasında söhbət aparıb.
Digər xəbərlər