Saytımızı qiymətləndirin


 
 

Paşinyan Xocavəndə səfər edib
Tarix: 10-05-2021 | Saat: 10:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Xocavəndə səfər edib.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, Paşinyan bölgədəki yerli erməni sakinlərlə görüşüb.

“Regional məsələlərdə kəskin addımlar atmamalıyıq. Başımıza nəyin gəldiyini və bunun səbəbini sakitcə anlamağa çalışmalıyıq”, - deyə Ermənistan lideri qeyd edib.

Paşinyan özündən əvvəlki hakimiyyətin bölgədəki “yolları, məktəbləri və uşaq bağçalarını pul oğurlamaq və varlanmaq üçün tikdiyini” bildirərək özünün və komandasının məqsədinin “yalnız xalqa xidmət etmək” olduğunu qeyd edib.

Xatırladaq ki, 44 günlük Vətən Müharibəsi müddətində Azərbaycan Ordusu Xocavənd rayonunun Hadrut qəsəbəsi, Sur, Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser, Edişə, Düdükçü, Edilli, Çiraquz, Xırmancıq, Ağbulaq, Axullu, Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Dolanlar, Bünyadlı,  Ataqut, Tsakuri, Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen və Şəhər kəndlərini işğaldan azad edib.



Xəbəri paylaş

1457 dəfə oxunub.

Digər xəbərlər