Saytımızı qiymətləndirin


 
 

Azərbaycan XİN həmsədrlərin səfəri barədə məlumat yayıb
Tarix: 02-02-2018 | Saat: 11:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

 



azerbaycan xin hemsedrlerin seferi barede melumat yayib

Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri barədə məlumat yayıb.

 

"Qarabaginfo"un "Apa.az"a istinadən məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, həmsədrlərin Azərbaycana fevralın 6-da gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.

 

Səfərin məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

 

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə isə həmsədrlər Azərbaycana fevralın 3-dən gəlməyə başlayacaq. Amerikalı həmsədr Endryü Şofer həmin gün axşam Azərbaycana gələcək.

 

Həmin günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilməsi gözlənilir. Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edəcək.

 

Monitorinqdən sonra isə həmsədrlər A. Kaspşikin də iştirakı ilə Bakıda Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar



Xəbəri paylaş

694 dəfə oxunub.

Digər xəbərlər