Saytımızı qiymətləndirin


 
 

Azərbaycan-İran sərhədində görüş keçirildi
Tarix: 23-04-2021 | Saat: 14:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan-İran sərhədində görüş keçirildi

Azərbaycan-İran sərhədində yerləşən su bəndlərində iki ölkə sərhədçilərinin görüşü keçirilib.

Qarabaginfo.az “IRNA”ya istinadla xəbər verir ki, görüş Araz çayı üzərindəki müştərək Xudafərin və Qız Qalası su bəndlərinin təhlükəsizliyi ilə bağlı olub.

Qarabağın işğalı ilə əlaqədar bu ərazilərində yerləşən obyektlərin mühafizəsi hər iki tərəfdən 2004-cü ildən bəri İranın sərhəd qüvvələri tərəfindən təmin edilib. Lakin hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunub.

Görüşdə iştirak edən “NACA” qüvvələri sərhəd-mühafizə komandanının müavini Cəlal Setare və Azərbaycan Respublikasının təmsilçisi Araz Məmmədov bölgədəki bəndlərin təhlükəsizliyinin tam təmin olunduğunu bir daha vurğulayıblar.

Cəlal Setarenin sözlərinə görə, Xudafərin və Qız Qalası bəndlərinin şimal tərəfi uzun illər üçüncü bir ölkə tərəfindən işğal edilmişdi. “Lakin bu gün Azərbaycan Respublikası suverenliyini bərqərar edib. İşğal bitdikdən sonra iki ölkənin rəsmiləri tərəfindən görülən birgə tədbirlərlə bəndlərin təhlükəsizliyi təmin edilir. Artıq Azərbaycan Respublikasının bölgədəki tam suverenliyi ilə sərhədin şimal tərəfində obyektlərin təhlükəsizliyini öz üzərinə götürüb”.



Xəbəri paylaş

1433 dəfə oxunub.

Digər xəbərlər