Saytımızı qiymətləndirin


 
 

Bakının mərkəzində partlayış baş verib, xəsarət alan var - YENİLƏNİB-2
Tarix: 27-01-2018 | Saat: 10:31
Bölmə:Karusel / Sosial | çapa göndər

 

“Azəriqaz”ın baş direktorunun müavini açıqlama verib

Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.

"Qarabaginfo" “Report.az”a istinadən xəbər verir ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. 

Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub: “Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

R.Əliyev hadisə nəticəsində ölənlərin olmadığını, bir nəfərin xəsarət aldığını bildirib.


09:50

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında baş vermiş partlayış zamanı bir nəfər yanıq xəsarətləri alıb.

"Report"un əməkdaşı xəbər verir ki, yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.


*** 09:18

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında partlayış baş verib.

“Report” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Partlayış yanğınla müşahidə olunub.

Hadisə "Ofisait" mağazasının yanındakı obyektdə baş verib. Hadisə zamanı "Ofisait" mağazasına da ziyan dəyib.



Xəbəri paylaş

618 dəfə oxunub.

Digər xəbərlər