Tarix: 15-04-2021 | Saat: 14:31
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ermənistanın İranda ticarət attaşesi fəaliyyət göstərəcək.
Qarabaginfo.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin aprelin 15-də keçirilən iclasında qəbul olunub.
Bildirilib ki, son zamanlar İranla iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişlənməsi müşahdiə edilir.
“İran İslam Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə əldə edilən razılaşmalar nəticəsində iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi, eləcə də ikitərəfli ticarəti həcminin artması istiqamətində fəaliyyət göstərilir. Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ticarət dövriyyəsi 400,2 milyon ABŞ dolları təşkil edib. Ermənistandan İrana ixracat 84,8 milyon ABŞ dolları, İrandan Ermənistana ixracata isə 315,4 milyon ABŞ dolları olub”, - Ermənistan hökumətinin yaydığı məlumatda vurğulanıb.Report
Digər xəbərlər