Kəlbəcərin Zod qızıl yatağında nə baş verir? – Rusiya şirkəti hasilatı davam etdirir?..
Tarix: 10-04-2021 | Saat: 11:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1353 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-04-2021 | Saat: 11:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər
"Bu formada mədəni Ermənistan və Azərbaycan arasında iki hissəyə bölmək olmaz"- Erməni geoloq
Ermənistan mediasında və sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhəddinin Kəlbəcər ərazisindəki Zod(Söyüdlü) qızıl mədəni haqda ziddiyyətli informasiyalar dolaşır.
“Zod mədənində azərbaycanlılar təxminən 30-50 metr geri çəkilib”.
Qarabaginfo.az xəbər verir ki, bu məlumatı Ermənistanın Sotk(əsl adı Zod) icmasının rəhbəri Akop Avetyan işğalçı ölkənin “ictimai radiosu”na açıqlamasında bildirib. O, bunun sərhədlərin yenidən tənzimlənməsi nəticəsində edildiyini vurğulayıb.
“Azərbaycanlılar təxmini hesablamalar əsasında irəliləyərək mədən ərazisində yerləşiblər. Nəticədə, mədənin təxminən 60 faizi onlara verilib. İndi təxminən 30-50 metr geri çəkiliblər. Hələ də mədənin ərazisindədirlər. Ancaq erməni tərəfinin mədəni işlətmə imkanları bir qədər artıb”- deyə Avetyan bildirib.
“Zoddakı erməni mədəninin dərin qatlarında zəngin qızıl filizi ehtiyatları qalır. Bunu “Sputnik Armeniya” beynəlxalq multimedia mərkəzində keçirdiyi mətbuat konfransında Ermənistanın keçmiş təbiəti mühafizəsi naziri, Elmlər Akademiyası Elmi Tədqiqat Geologiya İnstitutu direktorunun müşaviri Sərkis Şahəzizyan söyləyib.
O, 1990-cı illərin sonuna qədər mədənin ətraf mühit üçün daha etibarlı olan qapalı bir şəkildə işləndiyini xatırladıb. Daha sonra ərazi hasilatın daha ucuz başa gəldiyi açıq bir çuxura çevrildi. Bu formada mədəni Ermənistan və Azərbaycan arasında iki hissəyə bölmək olmaz. Ya Rusiyanın “GeoPromining” şirkəti hər iki tərəflə razılaşaraq mədəndən istifadə edəcək və ya mədən boş qalacaq”- deyə S.Şahəzizyan bildirib.
O qeyd edib ki, indi Azərbaycan tərəfi mədənin tutduğu hissəsində hasilat işləri aparmır, amma Rusiyanın “Geopromining” şirkəti hələ də mədəni işlədir”.
Xatırladaq ki, Zod qızıl yatağı tarixən bütövlükdə Azərbaycan ərazisinə adi olsa da, sovet işğalı nəticəsində ərazinin bir hissəsi Ermənistana düşüb. Həmin bölgüyə əsasən Kəlbəcərin işğalınadək mədənin 70 faizi Azərbaycan, 30 faizi isə Ermənistan ərazisində qalıb. Sovet dönəmində aparılan araşdırmalara görə, yataqda 112 tondan artıq qızıl ehtiyatı var. Yatağın ən məhsuldar hissəsi isə məhz Kəlbəcərdədir, Ermənistan tərəfində isə qızıl ehtiyatı tükənmək üzrədir.
1992-ci ildə Kəlbəcər qızıl yatağının istismarı dayandırılsa da, 28 illik işğal ərzində oradan çıxarılan və xaricə daşınan qızıl ehtiyatının dəyəri hədsizdir. Və əslində Ermənistan həmin zərəri də ödəməlidir...
Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanata əsasən noyabrın 25-də işğaldan azad olunmuş Kəlbəcər rayonu Azərbaycana təhvil verildiyindən Azərbaycan ordusu Zod qızıl yatağı ərazisində sərhəd bölgüsünə müvafiz uyğun mövqelərini tutub.
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
1-09-2021, 10:32
Baş prokuror Kamran Əliyev Türkiyəyə səfərə gedib
16-02-2024, 12:16
Bakıya yağış, rayonlara qar yağır - FAKTİKİ HAVA
26-03-2022, 23:45
Qazaxda zəncirvari qəza olub
18-08-2024, 08:29
Prezidentin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatdı - Video
29-02-2020, 18:45
Məktəblərdə məzunlara medal verilməsi ləğv olunub
28-05-2021, 19:12
Şuşada 28 May - Respublika Günü qeyd olunub
12-12-2022, 23:58
Pentaqon Ukraynaya ABŞ hərbçilərini göndərməyi planlaşdırır
20-11-2021, 00:16
Ağdamın azadlığının 1 ili tamam olur
21-07-2022, 16:56
Media Reyestri və elektron köşk platforması fəaliyyətə başlayacaq