Tarix: 31-03-2021 | Saat: 14:24
Bölmə:Karusel / Gündəm / İqtisadiyyat | çapa göndər
Bu ilin yanvar-fevral ayında "AzerGold" QSC 22,8 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 64% çoxdur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Qarabaqinfo.az-a verilən məlumata görə, ötən ilin ilk iki ayında şirkət 13,9 mln. dollar dəyərində məhsul ixrac edib.
Cari ilin fevral ayında isə QSC-nin qızıl ixracı 12,9 mln. dollar təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 3 mln. dollar və ya 30% çoxdur.
"AzerGold" QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1 047 nömrəli Sərəncamına əsasən təsis edilib. QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Digər xəbərlər