Saytımızı qiymətləndirin


 
 

Qobustanda kişi arvadının başını kəsib, özünə bıçaq xəsarətləri yetirib
Tarix: 28-03-2021 | Saat: 20:43
Bölmə:Karusel / Kriminal | çapa göndər

Qobustanda kişi arvadının başını kəsib, özünə bıçaq xəsarətləri yetirib

Qobustan rayonu Nərimankənd kəndində dəhşətli qətl hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu gün saat 18:00 radələrində Qobustan rayon Nərimankənd sakini, 1980-cı il təvəllüdlü Rəsulov Elnur Yarəhməd oğlu ailə münaqişəsi zamanı aralarında baş verən dava zamanı bıçaqla həyat yoldaşı, 1986-cı il təvəllüdlü Rəsulova Büllurə Ələkbər qızının başını kəsib. O, üç uşaq anası olan arvadını öldürdükdən sonra bıçaqla özünün qollarını kəsib, qarın nahiyyəsinə xəsarət yetirib. Elnur Rəsulov təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. APA



Xəbəri paylaş

1395 dəfə oxunub.

Digər xəbərlər