
Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən şəxs həbs olunub
Tarix: 22-01-2018 | Saat: 11:30
Bölmə:Karusel / Sosial | çapa göndər
782 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-01-2018 | Saat: 11:30
Bölmə:Karusel / Sosial | çapa göndər
Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanılıb.
"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, bu barədə Daxil İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidməti birgə məlumat yayıb.
Bildirilib ki, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Digər xəbərlər
16-12-2020, 23:03
Aylardır axtarılan əsgərimizin bu gün şəhid xəbəri gəldi
23-08-2021, 17:19
SON DƏQİQƏ: Qafan istiqamətində düşmənin silahla dolu hərbi maşını yanır
17-03-2021, 12:54
Prezident Şuşadakı xüsusi nümayəndəsinə tapşırıqlarını verdi
11-03-2022, 20:03
Azərbaycan, Türkiyə və Ermənistan XİN başçıları Antalyada görüşə bilər
25-08-2022, 13:21
Xankəndini Ermənistanla birləşdirən yeni yol istifadəyə verildi
23-02-2022, 16:24
Britaniya Ukraynaya əlavə hərbi yardım göstərəcək
22-05-2024, 13:15
Xamenei Paşinyanı qəbul edib
15-01-2025, 15:20
"Ağ şəhər" ərazisində mənzildə partlayış olub, yanğın söndürülüb
















