Saytımızı qiymətləndirin


 
 

"Hər yeri bağlamaq, rayonlara yolların bağlanması da doğru qərar deyil"-Fazil Mustafa
Tarix: 09-03-2021 | Saat: 12:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fazil Mustafa: "Bu təxribat Vilayət Eyvazova qarşı yönəlib"

 

“Novruz Bayramı ərəfəsində qorxu var ki, Operativ Qərargah yenə hər yeri qapadacaq”.

 

Qarabaginfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, heç bir yeri qapatmağa ehtiyac yoxdur: “Bayram ərəfəsində qiymətlər qalxmaqdadır. Amma buna adekvat gəlir vətəndaşın evinə girmir. Hər yeri bağlamaq, rayonlara yolların bağlanması da doğru qərar deyil. 10 gün tətil müddətində vətəndaş rayonda gedə bilər. Digər tərəfdən polislərin də vəziyyətini düşünmək lazımdır. Polislər hərarəti yox, icazəni yoxlayır. Bu zaman xəstə insan polisləri də xəstələndirə bilər. Digər tərəfdən icazə sistemi ilə tıxaclarda insanlar əziyyət çəkir. Vaksinasiyanı gücləndirmək lazımdır. Bəzi ölkələrdə artıq yaşıl pasport sistemi verilir. Bizdə də bu tətbiq olunmalıdır”.

 



Xəbəri paylaş

1342 dəfə oxunub.

Digər xəbərlər