Saytımızı qiymətləndirin


 
 

Qarabağda nə baş verir? – Ermənistanı silahlandırmaq istəyirlər...
Tarix: 01-03-2021 | Saat: 15:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qarabağda nə baş verir? – Ermənistanı silahlandırmaq istəyirlər...

Son dövrlər sosial şəbəkədə müzakirələr zamanı aprel ayında müharibənin yenidən başlaya biləcəyi barədə şayiələr səsləndirilməyə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, istifadəçilər buna səbəb kimi ermənilərin revanşist ideyasını əsas gətirir.

İnsanları mövzu ətrafında maraqlandıran sualına cavab tapmaq və şayiələrin nə qədər həqiqəti əks etdirməsini dəqiqləşdirmək məqsədilə Ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib ki, ermənilərdə revanşist fikirlər ola bilər, amma bununla müharibə aparmaq olmur:

"Mənə elə gəlir ki, bu mövzuda yayılan şayiələrin cavabını ötən gün mətbuat konfransında Azərbacanın Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyev cavablandırdı. Əvvəla onu deyim ki, Ermənistanın Silahlı Qüvvələri Azərbaycan Ordusu tərəfindən darmadağın edilib. Belə olan halda onlar müharibəni necə edəcək?

Ermənilərdə revanşist fikirlər ola bilər, amma bununla müharibə aparmaq olmur. Müharibə məhz ordu, güc və silahla aparılır. 3 ay keçməsinə baxmayaraq Ermənistan ordusu darmadağın edilibsə, onların texnika və silah-sursatlarını itirmələri bəllidirsə, Ermənistan nə ilə Azərbaycan qarşısında dayana bilər?

Əgər biz ehtimal versək ki, nə vaxtsa nəsə olacaq, cənab prezident buna da cavab verdi. Azərbaycan Ordusu bundan sonra da ən müasir silahlarla silahlanacaq, ordusunu daha da gücləndirəcək. "Dəmir yumruq" hər zaman işə salına bilər. Əgər Ermənistan belə bir addım atmağa cəhd göstərərsə, bu həmin dövlətin olub-olmamasını gündəmə gətirə bilər.

Lakin biz bilirik ki, Ermənistan silahlanır, müəyyən qüvvələr var ki, bu ölkəni silahlandırmaq istəyir. Bilirik ki, Qafqazda müəyyən münaqişə ocağının qalmasında maraqlı olan müəyyən qüvvələr var. Buna görə, öz barıtımızı quru saxlayırıq. Azərbaycan Ordusu İkinci Qarabağ Müharibəsində istər şəxsi heyət, istərsə də texnika cəhətdən böyük itkilərə məruz qalmayıb.

Azərbaycanın yetərli qədər gücü var. Ordumuz müharibədən sonra itiriləni qısa zamanda bərpa edib. Ermənistan isə bu sahədə Azərbayacana heç vaxt çata bilməz. Azərbaycan əvəllər əks hücum əməliyyatı aparırdısa, hazırda dövlət sərhədində olan silahlı qüvvələrimiz irəliləmək istəyən düşməni yerində oturdacaq". /Baku.ws



Xəbəri paylaş

1363 dəfə oxunub.

Digər xəbərlər