Saytımızı qiymətləndirin


 
 

FHN xəstəxanasında çalışanlar əməkhaqlarının verilməməsindən şikayətçidir
Tarix: 23-02-2021 | Saat: 15:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Xəstəxanasında çalışmış bir qrup şəxs xəstəxananın qarşısına toplaşıblar.

Qarabaginfo.az-ın xəbərinə görə, onlar əməkhaqlarının verilməməsindən şikayətlənirlər.

Həmçinin onlar qanunsuz olaraq işdən çıxarıldıqlarını və istirahət günlərində çalışdıqlarını da deyiblər.

FHN-in Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva jurnalistlərə bildirib ki, yaxın günlərdə şikayətçilərin maaşları veriləcək.



Xəbəri paylaş

1364 dəfə oxunub.

Digər xəbərlər