ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: Tramp Ukrayna münaqişəsini həll etməyə çalışır
Tarix: 20-09-2026 | Saat: 11:08
Bölmə:Karusel / Siyasət | çapa göndər
28 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-09-2026 | Saat: 11:08
Bölmə:Karusel / Siyasət | çapa göndər
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasına çalışır.
Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Breitbart News” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tramp “Avropada ən böyük quru müharibəsinə son qoymağa” çalışır. Uolts müharibənin ABŞ-nin keçmiş prezidenti Co Baydenin hakimiyyəti dövründə başladığını da vurğulayıb.
Diplomat bildirib ki, Tramp BMT Baş Assambleyasının qarşıdakı sessiyasındakı çıxışında suverenlikdən, son bir il ərzində əldə olunmasına kömək etdiyi sülh razılaşmalarından və hazırda üzərində iş aparılan digər razılaşmalardan danışacaq.
Uoltsun sözlərinə görə, ABŞ Prezidenti İranın nüvə proqramı, süni intellekt və onun dövlət tərəfindən tənzimlənməsi məsələlərinə də toxunacaq.
Xəbəri paylaş
Digər xəbərlər
15-01-2018, 11:31
"Azərişiq"a şikayətlər 17,1% artıb
12-02-2024, 14:45
İlham Əliyev andiçmədən sonra ilk səfərini bu ölkəyə edəcək...
30-11-2025, 18:40
Latviya Rusiya və Belarus sərhədi boyunca gecə uçuşlarına qoyulan qadağanı daha bir həftə uzadıb
25-04-2024, 16:36
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
31-07-2020, 10:21
Los Anceles polisi erməni lobbisinin yalanlarını ifşa edib - VİDEO
8-04-2026, 13:43
KİV: Kreml builki Qələbə paradını ləğv edə bilər
12-02-2026, 21:30
Ceyhun Bayramov İslam İnqilabının 47-ci ildönümü münasibətilə Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb
1-02-2023, 11:33
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib
18-09-2025, 10:40
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib - FOTO


















