Saytımızı qiymətləndirin


 
 

Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşdü– FOTOLAR
Tarix: 18-09-2026 | Saat: 21:18
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb.

Anar Ələkbərov bu barədə sosial şəbəkədə paylaşım edib.

O, paylaşımında şəhidlərin əziz xatirəsinin dərin ehtiramla yad edildiyini bildirib.

“Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə Prezidentin köməkçisi qeyd edib.

Anar Ələkbərov Masallıda şəhid anaları ilə bir araya gəlməyin, onlarla səmimi söhbət etməyin və xoş anlar paylaşmağın onun üçün çox dəyərli olduğunu vurğulayıb.

O, göstərilən qonaqpərvərliyə və açılan süfrəyə görə təşəkkür edib.

Görüşdən fotolar da paylaşılıb.

 

     



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər