Saytımızı qiymətləndirin


 
 

NBC News: Pakistanda aprel görüşlərində İranla razılaşmanın qarşısını Marko Rubio alıb
Tarix: 18-09-2026 | Saat: 10:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ dövlət katibi Marko Rubio

 

Apreldə Pakistanda İran nümayəndə heyəti ilə keçirilən danışıqlar zamanı razılaşmanın əldə olunmasının qarşısını ABŞ dövlət katibi Marko Rubio alıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə NBC News mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, apreldə ABŞ vitse-prezidenti Cey Di Vens birbaşa danışıqlar aparmaq üçün Pakistana səfər edib. Həmin görüşdə irəliləyişin əldə olunması ehtimalı yüksək qiymətləndirilirdi.

Lakin bir neçə saat davam edən görüş zamanı ABŞ nümayəndə heyətində İran tərəfinin razılaşmanın ilkin şərtlərini dəyişməyə çalışması ilə bağlı şübhələr yaranıb.

Görüşdə fasilə zamanı amerikalı nümayəndələr əlavə göstəriş almaq üçün Marko Rubio ilə əlaqə saxlayıblar. Mənbənin sözlərinə görə, Rubio razılaşmanın olmayacağını bildirib.

NBC News qeyd edib ki, Rubio İran məsələsində “gizli əl” olaraq qalır və bu istiqamətdəki fəaliyyətində "kölgədə" qalmağa üstünlük verir.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər