Saytımızı qiymətləndirin


 
 

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının mümkün satışını təsdiqləyib
Tarix: 18-09-2026 | Saat: 08:45
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının mümkün satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd F-35 “Lightning II” döyüş təyyarəsi və əlaqədar avadanlıqların mümkün satışını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, mümkün sövdələşmənin ümumi dəyəri 24,3 milyard dollar qiymətləndirilir.

Satış paketinə 48 ədəd F-35 qırıcısı ilə yanaşı, 49 ədəd “Pratt & Whitney F135-PW-100” mühərriki, rabitə avadanlıqları, ehtiyat hissələri və digər texniki dəstək vasitələri daxildir.

ABŞ tərəfinin açıqlamasında bildirilib ki, mümkün satış Səudiyyə Ərəbistanının müdafiə imkanlarını və ABŞ Silahlı Qüvvələri, eləcə də digər tərəfdaşlarla operativ uyğunluğunu artıracaq.

Dövlət Departamentinin qiymətləndirməsinə görə, sövdələşmə regiondakı hərbi balansı dəyişməyəcək. Satışın reallaşdırılması üçün Konqresdə nəzərdə tutulan baxış proseduru tamamlanmalıdır.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər
2-08-2023, 14:23 Putin Türkiyəyə gedir