Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib
Tarix: 19-08-2026 | Saat: 16:09
Bölmə:Karusel / Kriminal | çapa göndər
82 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-08-2026 | Saat: 16:09
Bölmə:Karusel / Kriminal | çapa göndər
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib.
Qarabaginfo.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci Terminalının ərazisində xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə gətirilən bağlamaları onlardan qəbul edən şəxs saxlanılıb, onun əlindəki paketlərə və idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Baxış zamanı gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən ümumilikdə, 10 adda 93 qutu dərman vasitəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Digər xəbərlər
19-04-2021, 14:51
Səməd Seyidov AŞPA-nı sülh prosesinə zərər vurmaqda ittiham edib
9-10-2020, 16:42
Azərbaycan Ordusu ermənilərin Çin istehsalı olan "WM-80” tipli iki reaktiv yaylım atəşi sistemini məhv edib
4-06-2021, 13:22
Bakıda 11 yeni tibb mərkəzi yaradıldı - SİYAHI
15-09-2020, 14:20
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
20-11-2021, 22:13
İranın ABŞ-dakı keçmiş səfiri 93 yaşında vəfat edib
18-02-2025, 12:36
Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı açıqlanıb
18-03-2026, 13:32
İsrail Müdafiə Qüvvələri: HAMAS-ın təchizat-logistika şöbəsinin rəhbəri məhv edilib
5-12-2025, 08:24
“FlyDubai” şirkətinə məxsus təyyarə Bakıda təcili eniş edib


















