Saytımızı qiymətləndirin


 
 

Ötən ay içməli sudan qanunsuz istifadə ilə bağlı 802 fakt aşkarlanıb - Fotolar
Tarix: 06-04-2022 | Saat: 17:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ötən ay içməli sudan qanunsuz istifadə ilə bağlı 802 fakt aşkarlanıb

İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə aparılan araşdırmalar nəticəsində Bakı şəhəri və regionlarda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Qarabaginfo.az xəbər verir ki, cari ilin mart ayında içməli sudan qanunsuz istifadə ilə bağlı 802 fakt aşkarlanıb. 

Aşkarlanmış faktların 704-ü Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, 98-i isə regionlarda qeydə alınıb. Həmin faktlar üzrə 223 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Ümumilikdə cari ilin  birinci rübündə içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 2093 fakt aşkarlanıb. Ötən müddətdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 1902, regionlarda isə 191 sudan qanunsuz istifadə halı qeydə alınıb. Bununla əlaqədar 566 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-mart aylarında  sudan qanunsuz istifadə ilə bağlı 60-dək fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub. 

İçməli sudan uçotsuz və sayğacdankənar istifadə halları Abşeron yarımadası üzrə ən çox Binəqədi, Sabunçu və Xəzər rayonlarında, regionlarda isə Şirvan, Tovuz və İmişli şəhərlərində qeydə alınıb.
“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. İçməli sudan səmərəli istifadə ilə yanaşı, uçotsuz və sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbirlər görülür.

 






 



Xəbəri paylaş

399 dəfə oxunub.

Digər xəbərlər