Tarix: 20-07-2026 | Saat: 22:42
Bölmə:Karusel / Dünya | çapa göndər
Çin süni intellekt sahəsində Rusiya, Belarus və Qazaxıstanın da daxil olduğu 29 ölkənin iştirakı ilə beynəlxalq koalisiyanın yaradıldığını açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında ilk dəfə şəxsən çıxışı zamanı bildirib.
"Bir sim musiqi yarada bilməz, bir ağac isə meşə təşkil etməz. Süni intellektin inkişafı beynəlxalq əməkdaşlığın simfoniyasına çevrilməlidir", - Si Cinpin deyib.
Çin lideri süni intellekt sahəsində daha açıq əməkdaşlığa çağıraraq, bu istiqamətdə qanunvericilik bazasının, texnologiyaların monitorinqi sistemlərinin və operativ reaksiya mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb.
"Təhlükəsizlik tədbirləri gücləndirilməli, sui-istifadə və qərəzli istifadənin qarşısı alınmalı, eyni zamanda süni intellektin hər zaman insan nəzarəti altında qalması təmin edilməlidir", - o qeyd edib.
Digər xəbərlər




















