Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Tarix: 02-07-2026 | Saat: 19:48
Bölmə:Karusel / Dünya | çapa göndər
75 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-07-2026 | Saat: 19:48
Bölmə:Karusel / Dünya | çapa göndər
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkə vətəndaşlarını Ukrayna ilə həmsərhəd olan Rusiya vilayətlərinə səfər etməməyə çağırıb.
"BelTA" xəbər verir ki, Volfoviç bu çağırışı Bryansk vilayətində Belarus sərnişin avtobusuna pilotsuz uçuş aparatının hücumunu şərh edərkən edib.
"Biz artıq xəbərdarlıq etmişdik. Prezident dəfələrlə çıxış edərək demişdi: hörmətli belaruslar, bu gün Rusiyaya, xüsusilə də sərhədyanı vilayətlərə səfərlərdən çəkinin. Orada hər gün pilotsuz uçuş aparatları düşür, xoşagəlməz hadisələr baş verir. Biz sərhədləri bağlamamışıq, getmək və ya getməmək hər kəsin şəxsi qərarıdır", – Volfoviç bildirib.
O vurğulayıb ki, mövcud şəraitdə həmin bölgələrdə təhlükəsizliyə heç kim tam zəmanət verə bilməz.
Xəbəri paylaş
Digər xəbərlər
7-07-2023, 16:56
Azərbaycanla Albaniya arasında viza rejimi ləğv edilə bilər
5-07-2022, 12:09
Azərbaycanda 11 uşaq bağçasının direktoru işdən çıxarılıb - SİYAHI
18-10-2025, 08:13
Zelenski ilə Tramp arasında görüş başa çatıb –ABŞ prezidenti heç bir açıqlama verməyib
24-11-2021, 19:12
Baş Prokurorluq Ermənistanın sərhəd təxribatları ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq edib
17-02-2026, 14:51
Ukraynada müharibənin qısa müddətdə başa çatması ehtimalı azdır –Çexiya prezidenti
14-04-2025, 12:41
İran XİN rəhbəri Rusiyaya səfər edəcək
4-12-2025, 14:32
İraq Hizbullahı və husiləri terror təşkilatı kimi tanıyıb
25-06-2024, 10:37
Bu gündən sertifikasiyadan narazı müəlllimlərin şikayəti qəbul olunur

















